Demokratik TV
Xəbər lenti
“Hacı Mazan” polis bölməsində (VİDEO)
- 23 avq 2018, 21:00
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.
Demokratik.Az BakuPost-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.
Xatırladaq ki, həmin gün "Hacı Mazan” Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in "102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.
"Hacı Mazan”la birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb.
Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. Maraqlıdır ki, hadisə Binəqədi rayonu ərazisində baş versə də, işin araşdırılması birbaşa Bakı şəhər Prokurorluğuna həvalə olunub. Bu, onunla izah olunur ki, "Hacı Mazan” Binəqədi rayonunda bina inşa edib, bir sıra biznes layihələri həyata keçirib və həmin rayonda hüquq-mühafizə orqanlarına təsir imkanına malikdir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
Çeçenistanda polis bölməsinə hücum olunub
Bakıda avtobus sürücüsünə silah çəkən həbs olundu
Gəncənin axundu Hacı Tahirin qardaşı öldürüldü - İxtişaşda
“Qızı zorlayıb, sonra deyirlər ki, fahişədir”-qalmaqal
Nardaran polis bölməsinə rəis müavini təyin edildi
DİN-də ölüm hadisəsi
Hacı Məmmədov özünü öldürdü
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti