İstiqlalçı deputat Mərhəm Həsənova dünyasını dəyişib

  • 29 iyul 2018, 12:59

 

Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili Mərhəm Həsənova dünyasını dəyişib.

Bu barədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı öz facebook səhifəsində məlumat verib.

Qeyd edək ki, Məryəm Həsənova 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub.

1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.

Məryəm Həsənova son illərdə ciddi xəstəlikdən əziyyət çəkirdi.

Oxşar xəbərlər