Demokratik TV
Xəbər lenti
DMX və DTX əməliyyat keçirib - 13 əcnəbi saxlanılıb
- 02 iyul 2018, 16:30
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkar edilib.
Bu barədə DMX-dən verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilməsinə şərait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin "İnterpol" xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.
Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
DMX və DTX miqrasiya qanunlarını pozan 8 əcnəbini tutub
Bakıda hindistanlı düşərgəsi yaradanlar HƏBS EDİLDİ
Əcnəbi daimi yaşamaq icazəsini necə alır?
DTX milyonları oğurlayan hakerləri saxladı
Qanunsuz ov edən 16 əcnəbi saxlanıldı
Yeni baş nazirimiz ilk qərarını imzaladı
İstanbulda İŞİD-lə əlaqəli 74 əcnəbi tutuldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti