Bakıda bankomatı soydular - 173 min manat oğurlandı

  • 08 apr 2018, 20:50

Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank” bankomatını iki nəfər "laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb.

Bu barədə məlumatı jurnalist Jalə Mütəllibova feysbuk səhifəsində yazıb.

Dəqiq xəbər olduğunu deyən jurnalist hadisənin Vergilər Nazirliyi yaxınlığında baş verdiyini bildirib:"Şəxsi xəbərdir və dəqiqidir. Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər laqonda ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əlehqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, sanepidemstansiyadan gəlmişik, buraları dərmanlayırıq. Əsas məsələ odur mühafizəçi o qədər hazırlıqsız və sadəlöhv olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar, pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır...

Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla laqondala, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya...".

Demokratik.Az

Oxşar xəbərlər