Şiddətli istilər başlayır

  • 18 iyul 2017, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. 

 

Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-dan 23-dək havanın maksimal temperaturunun 34-38, bəzi yerlərdə  40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı gözlənilir.  Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq.