Şəmkirdə ŞOK! 28 yaşlı gəlin evdən qaçdı? - VİDEO
- 16 iyul 2017, 15:12
3 uşaq anası evini tərk edib. Gəlinin 9 gündür hara
getdiyi bilinmir.. Qadının həyat yoldaşının ona biganə münasibətinə görə bu
addımı atdığı iddia olunur.
Şəmkirdə 28 yaşlı gəlin Bahar İsmayılova bir neçə gündür ki, yaşadığı evdən
çıxıb. və getdiyi yer barədə heç kimə xəbər verməyib. Hadisədən bir gün sonra
ailəsi və yaxınları qadının itməsi barədə Şəmkir polisinə məlumat veriblər və
bundan sonra Bahar İsmayılovanın axtarışına başlanılıb. Yaxınlarının dediyinə
görə, qadının gedə biləcəyi bütün ünvanlar axtarılıb, ancaq nəticəsi olmayıb.
Gəlinin bibisi Durna Babayevanın dediyinə görə, qadın evdən qaçarkən 10 ildir
birgə yaşadığı həyat yoldaşı Tural İsmayılova ismarıc yazaraq bildirib ki, onu
axtarmasın, bir daha evə qayıtmayacaq.
Məsələ ilə bağlı qadının yaşadığı ünvana getsək də, qayınatası Əbülfət
İsmayılov çəkiliş etməyimizə razı olmadı. Qayınata bildirdi ki, problemlə bağlı
Şəmkir Polisi məlumatlandırılıb və gəlininin axtarışı davam etdirilir. Əbülfət
İsmayılov onu da bildirdi ki, Bahar İsmayılovla oğlu arasında elə də ciddi
münaqişə olmayıb. Axırıncı dəfə ailədaxili münaqişə 1 il bundan qabaq Rusiyada
olub ki, gəlinin də bu səbəbdən evdən qaçması ağılabatan deyil. Əbülfət
İsmayılov həmçinin bildirdi ki, gəlini evdən gedərkən özü ilə təkcə
paltarlarını və sənədlərini götürüb. Hadisə baş verərkən Rusiyada olan həyat
yoldaşı Tural İsmayılov da Azərbaycana gələrək həyat yoldaşının axtarışına
başlayıb.