Bakıda turist öldü

  • 26 iyun 2017, 09:56

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb. 

Demokratik.Az Lent.az-a istinadən xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.

Demokratik.Az

Oxşar xəbərlər