Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:37 - 19.09.2019  
"Şapka Mamed”in bankı ziyanla işləyir?
Tarix: 26-08-2019, 11:49 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bank sektorunda və mətbuatda Məmməd Musayevin bankı kimi tanınan "TuranBank” ASC-nin 2019-cu ilin 1-ci rübü üzrə maliyyə hesabatları dərc olunub.Hesabatlardan belə görünür ki, daha çox "Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevin bankının vəziyyəti o qədər də ürəkaçan deyil.
"Şapka Mamed”in bankı ziyanla işləyir?Belə ki, ilin 1-ci rübündə "TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manata yaxın əməliyyat zərəri yaranıb.
Vəziyyəti yalnız ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan cəlb olunan 553 min manat nisbətən düzəldib və bunun hesabına 109 min manat mənfəət yaranıb.
Xatırladaq ki, 2018-ci ilin yanvar-mart dövründə "TuranBank”ın zərəri 216 min manat təşkil etmişdi. Ötən ilin birinci rübü ilə müqayisədə isə bankın xərcləri 1 milyon manata yaxın artıb ki, bu da yaranmış zərərin əsas səbəbidir. Belə ki, cari ilin ilk rübündə "TuranBank”ın cəmi gəlirləri 597 min manat, cəmi xərcləri isə 970 min manat artıb. Xərclərin artımının gəlir artımını az qala iki dəfəyədək üstələməsi əməliyyat zərərini "şişirdib”. Burada qeyri-faiz gəlirlərinin 810 min manatdan 664 min manata düşməsi də əhəmiyyətli rol oynayıb.
Onu da qeyd edək ki, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran "TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Bu da onu göstərir ki, bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.
Onu da xatırladaq ki, bir müddət öncə "Marja” "TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. "Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır. Bankın saytında yer alan məlumata görə, "TuranBank” "Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir…
Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər "Turan Bank” "Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.
Qeyd edək ki, sözügüdən bankın sahibi kimi təqdim olunan Məmməd Musayev ayamasından da göründüyü kimi, bank sektorunda kifayət qədər tanınan və birmənalı qarşılanmayan fiqurdur.
Ancaq bununla yanaşı M.Musayev eyni zamanda "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü kimi vəzifələr daşıyır.(AzPolitika)
Xəbər 711 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28985] initstartout [0.00019] initstartin [0.00073] calstart [0.00954] calend [0.00058] topnewsend [0.00467] rsssend [0.00000] ehgend [0.00726] tagsstart [0.00087] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26597]