"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək

  • 21 mart 2019, 11:48

"Boeing" şirkəti aviaşirkətlər üçün təhlükəli səhvləri aradan qaldırmaq üçün "737 MAX" laynerlərinə yeni proqram təminatı quraşdırılmasını nəzərdə tutan xidmət bülleteni hazırlayır.

"Report" xəbər verir ki, bu barədə CNBC telekanalı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.

Qurumdan qeyd ediblər ki, şirkət həmçinin pilotların yeni proqram təminatı ilə işləməyi bacarması məqsədilə lazımi təlimatları hazırlayıb.

Oxşar xəbərlər