Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb

  • 16 noy 2018, 12:10

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,81 dollar və yaxud 1,20% artıb.

"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,62 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Oxşar xəbərlər