Bakıda 194 nömrəli yeni marşrut fəaliyyətdədir

  • 28 sen 2018, 07:35

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, "Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək. Yeni marşrut xətti üzrə avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyət göstərəcək.

Oxşar xəbərlər