Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:30 - 24.05.2019  
Yeni maliyyə xidməti yüksək dəyərləndirilir
Tarix: 26-05-2018, 08:30 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev müstəqil Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir: "Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.

Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir.

Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir”.

Ölkə prezidenti bu zərurəti nəzərə alaraq Maliyyə Monitorinqi Xidmətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstəməsinə qərar verib.

Onu da qeyd edək ki, xidmət Prezident fərmanı ilə 2009-cu ildə Mərkəzi Bank nəzdində yaradılmışdı. 2016-cı ilin fevralından isə onun tabeliyi dəyişdirilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına keçirilmişdi. O zaman gözlənilirdi ki, Rüfət Aslanlının nəzarətində qurumun işi daha da təkmilləşəcək, fəaliyyətində dəyişikliklər baş verəcək. Lakin bunların heç biri baş vermədi.

Əksinə, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti əvvəlkindən daha da zəiflədi. Halbuki beynəlxalq qurumlar Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan qurumun müstəqil və daha geniş səlahiyyətlərə malik bir qurum kimi fəaliyyət göstərməsini dəfələrlə təklif etmişdilər.

Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlər daim beynəlxalq təşkilatların diqqətində olub. Xüsusilə İrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə Azərbaycanda cənub qonşumuzun pullarının yuyulması ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Hətta "Birlikbank” və "Royalbank”ın məhz İran pullarının yuyulmasında iştiraka görə lisenziyalarının geri alındığı bildirilirdi.

Xatırladak ki, Mərkəzi Bank hər iki bankın lisenziyasını geri çəkərkən "Banklar haqqında” qanunun 16.9-cu maddəsinə – terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz gəlir əldə olunması – istinad etmişdi. "Royalbank”ın sahibi isə İran əsilli iş adamı idi.

İran pullarının Azərbaycan vasitəsilə yuyulması məsələsi ötən ilin sonlarında ABŞ-da Rza Zərrab işi üzrə aparılan məhkəmə istintaqı zamanı da aktuallaşmışdı. Belə ki, məhkəmədə şahid qismində ifadə verən R.Zərrab İran pullarının yuyulmasında Azərbaycandan olan 3 nəfərin də iştirak etdiyini, bu prosesin bir hissəsinin məhz Azərbaycan üzərindən reallaşdırıldığını bildirmişdi. Həmin vaxt bir çox ekspertlər bu ifadə əsasında ABŞ və çirkli pulların yuyulmasına qarşı mübarizəyə nəzarət edən beynəlxalq qurumlardan Azərbaycana müəyyən təkliflərin olacağını proqnozlaşdırmışdılar.

İran-ABŞ münasibətlərinin yenidən gərginləşdiyi, İrana qarşı sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinə müstəqillik verməsi, çirkli pulların yuyulması iddialarının yenidən gündəmə gətirilməsinin qarşısını almaq üçün atılmış addım da hesab oluna bilər(musavat.com).
****
ilhameliyevserencam1506434061Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.
Nazirlər Kabinetinə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Xəbər 3906 dəfə oxunub






Oxşar xəbərlər

Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23082] initstartout [0.00021] initstartin [0.00102] calstart [0.01604] calend [0.00069] topnewsend [0.00541] rsssend [0.00000] ehgend [0.01261] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19403]