Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:05 - 20.10.2017  
Ərəblər getdilərmi?
Tarix: 12-10-2017, 09:24 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Səkkiz ayda turistlər Azərbaycanda 1,3 milyard manat xərcləyib

Ərəblər getdilərmi?Son bir ayda Bakıda ərəb turistlərin sayı dəfələrlə azalıb. Əvvəl paytaxtın mərkəzi küçələrində, iaşə obyektlərində, böyük ticarət mərkəzilərində hər addımbaşı rast gəldiyimiz ərəb turistlər, ailələri artıq gözə dəymir.

Halbuki cari ilin yay aylarında ölkəmizə səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım var idi. Rəsmi açıqlamaya görə, 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4 dəfə çox ərəb turist ölkəmizə gəlib. Müşahidələr onu göstərir ki, ərəb turistlərini Azərbaycanda ən çox gəzdikləri yerlər Bakı şəhəri, regionlardan isə Qəbələ, İsmayıllı, Quba, Oğuz rayonlarıdır. Lakin qeyd etdiyimiz kimi, artıq nə paytaxtda, nə də regionlarda ərəb turistləri gözə dəymir. Səbəb nədir?

"FLY Travel” şirkətinin rəhbəri, turizm eksperti Mamed Əliyev sualımıza bu cür cavab verdi: "Səbəbi fəsillə əlaqədardır. Adətən ərəb turistləri yay aylarında ölkəmizə gəlməyi sevirlər. Daha çox isə Qəbələyə üz tuturlar. Lakin son vaxtlarda demək olar ki, daxili tur yoxdur”.

Ekspertin sözlərinə görə, yaxın aylarda da ərəb turistlərinin axını gözlənilmir: "Qeyd etdiyim kimi, ərəblər daha çox yay aylarında ölkəmizə səfər edir. Ona görə də yaxın aylarda onların yenidən ölkəmizə axın etməsi gözlənilmir. Eləcə də qış aylarında bu cür vəziyyət olacaq”.

Digər ekspertlər isə qeyd edir ki, payız aylarında durğunluq olsa da, qış mövsümündə ərəb turistlər yenidən Azərbaycana üz tutacaq. Buna səbəb isə ölkəmizdə qış turizmi baxımından yaradılan yeni şəraitlə bağlıdır. Adətən gələn ərəb turistləri ölkəmizdə orta hesabla 1 həftəyə yaxın qalırlar. Onların bir qismi 5, bir qismi isə 2-3 ulduzlu hotellərdə qalmağa üstünlük verir. BƏƏ, Küveytdən gələn ərəb turistləri daha çox 5 ulduzlu hotelləri seçir.

"Cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.

Nazir bildirib ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Onun sözlərinə görə, bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub: "Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir”.

Ə. Qarayev ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: "Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.

Xəbər 214 dəfə oxunub






Oxşar xəbərlər

Bərzani müharibəyə başladı: kürdlər ayağa qalxır
Tünzalə Ağayeva özünə ad günü keçirdi
Putin Rusiyanın əsas səhvini açıqladı
Qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb
"Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır" - Pərviz Şahbazov
Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
Universitetdə silahlı hücum: 2 tələbə ölüb
Sərxoş müğənni reperə sevgi mesajı yazdı
Putin: “BMT-yə alternativ yoxdur”
Uruqvay da marixuananı leqallaşdırdı
Arif Rəhimzadə danışdı: “Mən müstəqilliyin tərəfdarı olmuşam”
"ELEKTRON İMZA" pulsuz olacaq
Jirinovskinin Qarabağ sayıqlamasıı və Kataloniya
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib
Müstəqilliyimizin əleyhinə səs vermiş məmurlar! – Əli Həsənov, Əhməd Əhmədzadə və…
Ərdoğanın baş müşaviri istefa verdi - QARDAŞI FETÖ-çü idi
Oqtay Şirəliyev qrip infeksiyası ilə bağlı əmr verdi
Ağdamın icra başçısı "dələduzluq işi"nə görə məhkəməyə çağırıldı
82 yaşlı «qanuni oğru» cibgirlik edib tutuldu - FOTO
Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər
Salvador Dalinin oğurlanmış əsəri tapıldı
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
“İŞİD yeni “11 sentyabr” hazırlayır" - SOS
Qadın cinsi əlaqədə olduğu kişinin DNT-sini daşıyır
Ehtiyatsızlıqdan adam öldürənlərə - yeni cəza
Tacikistanda "GEYPARAD"a qarşı əməliyyat keçirildi
Bərzani açıqladı: "Qazandıqlarımızı qoruyacağıq"
"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı
Rusiya və Türkiyə arasında "pomidor razılaşması"
Hamilə qadın metroda doğdu - Video
“Əlimizdən gələni etməliyik ki..." Prezident
“Polis haqqında” qanuna dəyişiklik edildi - SƏRƏNCAM
Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək - fotolar
Qlobal dollar ehtiyatlarında qıtlıq riski yaranıb
Şahbaz Quliyev Şuşaya aparıldı
SSRİ-nin süqutundan udan tək ölkə Azərbaycandır – Zatulin
Dəniz Baykal komaya düşüb?
Atambayev üzr istədi: Nazarbayevlə bağlı...
“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşı
Bakı İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb
Polislərə hücum edən şəxslərin cəzası bəlli oldu
Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab
Qubad İbadoğlu ADR-in dağılmasıin dağılması xəbərindən danışdı
Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı belə qəbul edilib - VİDEO
18 OKTYABR - AZƏRBAYCAN ÜÇÜN ƏZƏMƏTLİ TARİX
Çin Kommunist Partiyasının 19-cu qurultayı başladı
İŞİD-ə qarşı ABŞ və Rusiya koalisiyası görüşdü
Hövsanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...
Çempionlar Liqasında gecənin nəticələri
Venesuela prezidenti kanadalıları "qovur"
Kiyevdə Saakaşvili tərəfdarları qızışıb və polislə qarşıdurma olub
Rusiyada daha bir erməni sahibkar öldürülüb
Günəşdə "super partlayış" olacaq - Qorxulu proqnoz
“Azərkosmos”a müstəqillik verildi - SƏRƏNCAM
Lotu Qulinin yeni fotosu yayıldı
Quranda Azərbaycan Haqqında Ayə Varmı ? VİDEOMƏLUMAT
Mersində terror partlayışı - yaralananlar var
Bakıdakı qanlı atışmanın sirri-yeni detallar
Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam
Albert Gəncəlinin "oğru" adı özünə qaytarıldı - MƏKTUB
Qənirə Paşayeva Türkiyədə konfrans keçirib
Araz Əlizadənin oğlu özünə müavin təyin olunub
"Sarkisyan Cenevrə görüşündə verilmiş qərarı pozdu, ..."
Saakaşvilinin Maydan çağırışı: Ordu Kiyevə yeridildi
Məşhur rus müğənni avtomobil qəzasına düşüb
“Utanmazlığın bundan o tərəfini….” - Deputat Ramil Usubovu müdafiə etdi
Əcnəbi alimlər ADAU-da bir araya toplanıb
Kiyevin küçələrində Saakaşvilinin mitinqinə “hazırlıq” gedir
Gəncə Notariusu "Demokratik.Az"-a danışan şikayətçinin iddialarını rədd edir
“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10747] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00837] calend [0.00058] topnewsend [0.00430] rsssend [0.00000] ehgend [0.01046] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08256]