"Ayfon 8"in istehsalı başladı

  • 05 avq 2017, 07:56

"Əpl" şirkəti yeni "Ayfon 8" smartfonlarının istehsalına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə texnologiya məhsulları barədə ən operativ məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemimerstoffer "Tvitter" səhifəsində yazıb.

"Ayfon 8"-in təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu smartfonların çərçivəsiz OLED-ekranlı olacağı gözlənilir.

Oxşar xəbərlər