Dolların gələn həftəyə məzənnəsi

  • 10 mart 2017, 20:04
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 13-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7437 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin martın 11,12 və 13-də sabit saxlanılması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə də dolların məzənnəsi isə 1,7437 manat olub.
Oxşar xəbərlər