Canni İnfantino FİFA prezidenti seçildi

  • 26 fev 2016, 21:25

Virtualaz.org xəbər verir ki, seçkilərin ikinci turunda 115 səs toplamış UEFA baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçilib.

*   *   * 20:43

İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisinin ikinci turu start götürüb. Bu post uğrunda, ilk turda olduğu kimi, 4 namizəd mübarizə aparır.

Virtualaz.org xəbər verir ki, bunlar UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn və FİFA baş katibinin sabiq müavini Jerom Şampandır.

İlk turda 88 səslə İnfantino qalib gəlib. əl-Xəlifə 85, əl-Hüseyn 26, Şampan 7 səs yığıb. İkinci turda qalib olmaq üçün bir namizəd səslərin 50 faizini (104 səs) qazanmalıdır.

Qalib müəyyənləşməsə, üçüncü tur təyin olunacaq. Növbəti tura 3 lider çıxacaq.

Qeyd edək ki, ilk turda səslərin 2/3 hissəsini toplamaq lazım idi.

*   *   * 13:38

Bu gün FİFA-nın yeni prezidenti seçiləcək. Bu posta posta 3 namizəd var.

Bunlar Canni İnfantono, Şeyx Salman bin İbrahim Əl-Xəlifə və Əli-Bin Əl-Hüseyindi. Hansı ölkənin kimə səs verdiyi də artıq məlum olub. İspaniya KİV-də yayılan məlumata görə, 209 ölkədən 161-i səsvermədə iştirak edib. Onlardan 100-ü namizədini açıqlasa da, 61 ölkə bunu gizli saxlayıb. 48 ölkə isə səsvermədə iştirak etməyib.

Canni İnfantinonun FİFA-ya yeni prezident seçilməsi ehtimalı yüksək göstərilir. Çünki 100 ölkədən 68-i bu postda onu görmək istəyir. İnfantinonu dəstəkləyənlər arasında Azərbaycan da var.

Maraqlıdır ki, səs verməyən ölkələrdən biri də Türkiyədir.

Canni İnfantino (68 səs):

Avropa (46 səs): Albaniya, Almaniya, Andorra, İngiltərə, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Xorvatiya, Danimarka, Şotlandiya, İspaniya, Estoniya, Ermənistan, Farer adaları, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Makedoniya, Moldova, Monteneqro, Norveç, Hollandiya, Polşa, Portuqaliya, İrlandiya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Ukrayna.

Cənubi Amerika (10 səs): Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay, Venesuela.

Mərkəzi Amerika və Karib körfəzi (11 səs): Beliz, Kosta-Rika, Qrenada, Qvatemala, Honduras, Montserrat, Nikaraqua, Panama, Salvador, Surinam, Trinidad və Tobaqo.

Afrika (1 səs): Sudan.

Şeyx Salman bin İbrahim Əl-Xəlifə (28 səs):

Afrika (16 səs): Anqola, Benin, Burkina Faso, Konqo, Fil Dişi Sahili, Qana, Ekvatorial Qvineya, Qvineya Bissau, Keniya, Mali, Mavriki, Niger, Nigeriya, Seneqal, Tanzaniya, Toqo. Asiya (12 səs): Səudiyyə Ərəbistanı, Bəhreyn, Banqladeş, Bruney, Quam, Hindistan, Malayziya, Maldiv adaları, Nepal, Pakistan, Şri-Lanka,Suriya. Əli-Bin Əl-Hüseyin (4 səs):

Asiya (3 səs): İraq, İordaniya, Fələstin.

Karib körfəzi (1 səs): Puerto-Riko. Gizli saxlayanlar (61 ölkə):

Afrika (24 ölkə): Cənubi Afrika Respublikası, Əlcəzair, Botsvana, Kamerun, Komor adaları, Misir, Efiopiya, Qabon, Lesoto, Madaqaskar, Malavi, Mərakeş, Mozambik, Namibiya, Uqanda, Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası, Ruanda, San Tome və Prinsipi, Svazilend, Çad, Tunis, Zambiya, Zimbabve.

Asiya (19 ölkə) və Okeaniya (4 ölkə): Əfqanıstan, Avstraliya, Birma,Kamboca, Şimali Koreya Demokratik Respublikası, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Fici, Honq-Konq, Salomon adaları, İran, Yaponiya, Qırğızıstan, Livan, Yeni Kaledoniya, Yeni Zelandiya, Oman, Filippin, Qətər, Tayvan, Tailand, Türkmənistan, Vyetnam.

Şimali Amerika, Mərkəzi Amerika və Karib körfəzi (9 ölkə): Anqola, Barbados, Kanada, Kuba, ABŞ, ABŞ-ın Virgin adaları, Yamayka, Meksika, Dominikan Respublikası.

Avropa (5 ölkə): Şimali İrlandiya, İsrail, Qazaxıstan, Uels, Çexiya. İştirak etməyənlər (48 ölkə):

Antiqua və Barbuda, Aruba, Baham adaları, Bermud adaları, Butan, Burundi, Kayman adaları, Kabo Verde, Kuk adaları, Kurasao, Cibuti, Dominikan, Eritrea, Qambiya, Qvineya, Qayana, Haiti, Britaniyanın Virgin adaları, İndoneziya, Küveyt, Laos, Liberiya, Liviya, Makao, Malta, Mavritaniya, Monqolustan, Özbəkistan, Yeni Qvineya, Çin, Sent-Lüsiya, Sent-Kits, Sent Vinsent və Qrenadin, Samoa, Amerika Samoası, Seyşell adaları, Syerra-Leone, Sinqapur, Somali, Sudan, Tacikistan, Taiti, Şərqi Timor, Tonqa, Törks və Kaykos adalası, Türkiyə, Vanuatu, Yəmən. (APA)

*   *   *11:52

Bu gün İsveçrənin Sürix şəhərində dünya futbolunun yeni rəhbərinin adı müəyyənləşəcək.

Virtualaz.org xəbər verir ki, ali futbol qurumunun konqresində prezidentlik postu uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale mübarizə aparacaq.

AFK prezidenti və UEFA-nın baş katibi favorit hesab olunur. Qapalı şəkildə keçiriləcək seçkidə ilk turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır.

Bir müddət əvvəl İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.

Konqresdə AFFA nümayəndələri də təmsil olunacaq.

Qeyd edək ki, FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.

Oxşar xəbərlər