"Qarabağ" Macarıstan klubunu məğlub etdi

  • 20 yan 2016, 20:24
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Macarıstanın "Diosqior" klubu ilə qarşılaşıb. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Yüksək liqada müqabirə aparan "Diasqior” hazırda 20 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ” ilk yoxlama oyununda  Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0 hesabı ilə qalib gəlib.

20 yanvar

Yoxlama oyunu 

17:30. "Qarabağ” -  "Diosqior" (Macarıstan) - 4:0
Qollar: Maksim Medvedyev, 29,  Muarem Muarem, 51, Rahid Əmirquliyev, 58, Mahir Mədətov,73