Ronaldinyo Sinqapura gedir

  • 06 dek 2015, 10:10

 

Braziliya millisinin sabiq üzvü Ronaldinyo futbolçu karyerasını başa vurmağa hazırlaşır.  35 yaşlı oyunçu futbol akademiyası açacaq. 


Maraqlıdı ki, o, bu işi Sinqapurda görəcək. Ulduz futbolçu artıq bu məqsədlə ölkənin "Tampines Rovers" klubu ilə anlaşıb. Anlaşmaya görə, Ronaldinyo sözügedən klubla ortaq olacaq. 


Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə Sinqapura 2008-ci ildə səfər etmişdi./Sport7.az