"İndi "Real"da xoşbəxtəm"

  • 15 noy 2015, 19:52

 

Kriştianu Ronaldu "Manchester United"ə qarşı isti münasibətinin olduğunu, amma hazırda "Real"da özünü xoşbəxt hiss etdiyini bildirib. Portuqal ulduz bunları deyib:
 
""Manchester United"in böyük azarkeşiyəm. Amma hər dəfə deyirəm - "Real"da özümü rahat hiss edirəm. "Manikunianlar"ı nə qədər sevdiyimi hamı bilir. Amma gələcəyi heç kim deyə bilməz. İndi "Real"da xoşbəxtəm". (goal.az)