"Qarabağ" qələbə sevinci yaşatdı - 3:0

  • 02 avq 2018, 09:30

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub. 

"Qarabağ” öz meydanında "Kukesi”ni qəbul edib. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olmuşdu. 

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalı idi. "Qarabağ” da bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Əvvəlcə 24-cü dəqiqədə Dani Kintana penalti zərbəsi ilə hesabı açıb. Fasilədən sonra 57-ci dəqiqədə yenə də Kintana və yenə də penaltidən hesabı 2:0-a çatdırıb. Son nöqtəni isə 89-cu dəqiqədə Delarj qoyub – 3:0.

Beləliklə də, təmsilçimiz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. 

"Qarabağ”ın üçüncü mərhələdə rəqibi Belarusun BATE klubu olacaq.

Oxşar xəbərlər