Ukraynanın dövlət borcu 71 milyarda çatdı

  • 03 fev 2017, 13:52

Ukraynanın dövlət borcu 2016-cı ilin sonunda 70,97 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Maliyyə Nazirliyi yayıb.

Nazirlik keçən il ərzində ölkənin borcunun 8,3% və ya 5,47 milyard dollar artdığını bildirib. Ölkənin borcu ümumdaxili məhsulun 81,8%-ni təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Ukraynanın dövlət borcu 65,5 milyard dollar olmuşdu.

 

Oxşar xəbərlər