İraq ordusundan uğurlu əməliyyat

  • 06 yan 2017, 22:38
İraq ordu birləşmələri Mosulun şərqində yerləşən Musənna məhəlləsini İŞİD terrorçularından azad edib.

 

Axar.az xəbər verir ki, bu haqda Ninova Əməliyyatlar komandanı general-leytenant Əbdüləmir Rəşid Yarullah danışıb.

General-mayor Numan Abduzzubayi isə "Anadolu” agentliyinə açıqlamasında Ənbar vilayətinin qərbində yerləşən 7 kəndin terrorçulardan təmizləndiyini bildirib. Onun sözlərinə görə, azad olunan ərazilərdə terrorçulara məxsus silah və hərbi sursat ələ keçirilib.
Oxşar xəbərlər