Qərb İran-Türkiyə müharibəsinə çalışır - Kaplan

  • 17 dek 2016, 10:29
Hələb faciəsinin ilk səbəbi Osmanlının mövcud olmamasıdır.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Yusif Kaplanın "Yeni Şəfəq” qəzetindəki köşəsində yer alıb. Suriya böhranında Qərbin də əlinin olduğunu bildirən Kaplan Türkiyənin hər tərəfdən blokadaya alındığını söyləyib:

"Son 25 ildə Balkanlarda, Qafqazda, bütün ərəb dünyasında yaşanan qətliamların birinci səbəbi Osmanlının yox edilməsi, islam dünyasının yetim qalmasıdır. İkinci önəmli məsələ isə Osmanlının qarşısını alan səbəblərin indi də Türkiyəyə qarşı tətbiq edilməsi, ölkənin blokadaya alınmasıdır. Bəs yüz ildə dəyişməyən əsas səbəb nədir?

1000 ildir ki, Səlcuq və Osmanlı övladları üç qitənin tarixini formalaşdırırlar. Üç qitə elə dünyanın özü deməkdir. Osmanlı əslində ədalət, əxlaq, mərhəmət, fərasət deməkdir. Qərblilərin bütün qitələri və dənizləri müstəmləkə edib, bütün mədəniyyətləri məhv etdikləri zamanda Osmanlı üç qitədə insanlığın heysiyyatını qoruyurdu. Osmanlının qarşısının alınmasının iki əsas səbəbi var idi. Bunlardan birincisi Osmanlı durdurulmayacağı təqdirdə Qərb sivilizasiyasının bütün mədəniyyətləri məhv edən barbarlığının üzə çıxma ehtimalıydı. İkincisi isə Osmanlı Qərbin dünya üzərində mütləq hegemonluğuna mane olan əsas qüvvə idi. Qərb artıq bir müddət öncə "quldur dövlət” adlandırdığı İranın qarşısını açıb. Onlar İranın 250 min əsgərlə İraq və Suriyada fəaliyyət göstərməsinə və məzlumların qanını tökməsinə şərait yaratdılar. Məqsəd isə Türkiyəni İranla qarşı-qarşıya gətirmək, savaşdırmaq və ardınca Türkiyəni məhv etmək idi. Onsuz da Osmanlı belə bir tələ sayəsində Birinci Dünya savaşına girib, məhv olmuşdu. Bunu unutmamaq lazımdır”.
Demokratik.Az
Oxşar xəbərlər