ABŞ-da aeroportda atışma - 1 ölü

  • 16 noy 2016, 09:50
ABŞ-ın Oklahoma ştatında Uill Rocers adına hava limanında atışma baş verib.

"Qafqazinfo”nun "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb. Bu barədə ştatın polisləri Tvitterdə yazıblar.

Aeroport insidentə görə boşaldılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

ABŞ-ın Oklahoma ştatının hava limanı ərazisində atəş açan şübhəlinin meyiti tapılıb.

Bu barədə yerli polisin tvitter hesabında məlumat yayılıb.

"Oklahoma hava limanında atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Onun meyiti avtomobilində tapılıb”,-deyə məlumatda qeyd edilib.

ABC telekanalının məlumatına görə, şübhəli şəxs başından aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Onun şəxsiyyəti açıqlanmır.

Hava limanı artıq işini bərpa edib.
Oxşar xəbərlər