“Əl Qaidə liderini məhv etmişik” - Pentaqon

  • 05 noy 2016, 18:46
ABŞ Əl Qaidənin Əfqanıstandakı liderlərindən biri - Faruk əl Katanini oktyabrda məhv edib.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Piter Kuk söyləyib.
 
Onun sözlərinə görə, Vaşinqton Kataninin ölümünü müəyyən edə bilsə də, onun müavini haqqında heç bir informasiyaya sahib deyil. 
 
Qeyd edək ki, Faruk əl Katani Qətər vətəndaşıdır. Fevral ayında ABŞ hökuməti onun adını ən çox axtarılan terrorçular siyahısına salıb. Vaşinqton bu şəxsi Avropa və ABŞ-a qarşı teraktların təşkilində ittiham edib. 
Oxşar xəbərlər