Türkiyənin yeganə qadın hərbi pilotu həbs olundu - FOTO

  • 24 iyul 2016, 11:43
Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı durmadan artmaqdadır. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Türkiyədə yeganə qadın hərbi pilot olan Kerime Kumaş həbs olunub. O, çevrilişə cəhd əsnasında İstanbul səmasına qalxan F-16 təyyarələrindən birini sürməkdə ittiham edilir. Digər iki pilot Hasan Kara və Tuncay Yıldırım da həbs edilib. 
Qeyd edək ki, 2010-cu il məzunu olan Kerime Kumaş  Sabiha Gökçendən sonra Türkiyə tarixində ikinci, hazırda isə yeganə qadın pilotudur.

 

Oxşar xəbərlər