ABŞ-da islamofobik qruplar maliyyələşdirilir

  • 21 iyun 2016, 14:31
Amerikan İslam Münasibətləri Şurası (CAİR) islə Kaliforniyanın Berkli universitetinin İrq və Cinsiyyət Mərkəzinin birgə apardığı tədqiqat zamanı ABŞ-da artan islamofobiyanın miqyasını ortaya çıxarıb. 

Avropa.info xəbər verir ki, "Qorxu ilə üzləşmək” adı alan araşdırma CAİR-in Vaşinqtondakı baş ofisində mətbuat konfransında təqdim olunub.

CAİR üzvü Korey Saylorun və İrq və Cinsiyyət Mərkəzinin nümayəndəsi Hatəm Bazianın liderliyi ilə aparılan araşdırmaya görə, 2008-2013-cü illərdə islamofobik qruplara ümumilikdə 205 milyon dollar maliyyə köməyi edilib. Xüsusilə Paris və San Bernardinoda baş verən terror aktlarından sonra islamofobiya atmosferi daha da artıb. 10 ştatda islamofobik qanunların qəbul olunduğu, hər il ortalama 20 məscidə hücum edildiyi, 2015-ci ildə isə hücumların 78-ə çatmasının narahatverici olduğu bildirilib. 

CAİR sədri Nihad Avad son aylarda "Müsəlman əleydarı silahlı qrupların” və "Müsəlmanları qəbul edilmədiyi iş yerlərinin” ortaya çıxdığını diqqət çatdırıb.

 

"Bu gün şahid olduğumuz  hadisələr ABŞ-da çoxqütblü cəmiyyətin quruluşuna və konstitusiya dəyərlərinə böyük zərər verir” – Avad belə deyib. O, mövcud halı XX əsrin ortalarında yəhudilərin düşdüyü vəziyyətlə müqayisə edib.

Tədqiqatı aparan Korey Saylor deyib ki, 2016-cı il prezident seçkilərində islamofobiya bir hərəkat halını aldı və müsəlmanları hədəf alan konstitusiyaya şərait hazırladı. 

Tədqiqat zamanı 74 islamofobiya halının üzə çıxarıldığını, bunları 33-nün daha təsirli və daha güclü bir şəbəkəyə sahib olduğunu qeyd edən Saylor Yaxın Şərq Forumu (Middle East Forum), Amerika üçün hərəkətə keç! (Act! for Amerika) və Təhlükəsizlik Siyasəti Mərkəzi (Center for Security Policy) kimi təşkilatların bu halqa içərisində yer tutduğunu bildirib.

Sayler amerikalı müsəlmanların bu vəziyyət qarşısında daha məsuliyyətli olmağa, siyasi iştiraka əhəmiyyət verməyə, müsəlman adını doğruldacaq daha çox iş görməyə çağırıb.

Qeyd edək ki,  1994-cü ildə fəaliyyət göstərən və ABŞ-da bir çox yerdə ofisləri olan CAİR ölkədə müsəlman haqlarını qoruyan ən vacib təşkilat kimi tanınır.

 

Demokratik.Az

Oxşar xəbərlər