Demokratik TV
Xəbər lenti
İraqda gizli ABŞ hərbi bazası deşifrə oldu
- 21 mart 2016, 21:47
Demokratik.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi CNN-ə məlumat verib.
Müdafiə Nazirliyinin nümayəndəsi hadisənin bir neçə gün öncə baş verdiyini deyib. Onun sözlərinə görə, Mosulun Mahmur rayonunda yerləşən hərbi baza qumbaraatanlardan atəşə tutulub:
"Gizli bazada təxminən 200-ə yaxın ABŞ hərbçisi olub. Hücum nəticəsində ABŞ-ın bir hərbi mütəxəssisi həlak olub. Pentaqon yaxın günlərdə hadisə ilə bağlı rəsmi açıqlama verəcək”.
Qeyd edək ki, ABŞ liderliyindəki beynəlxalq koalisiyanın sözçüsü, polkovnik Stiv Varren ötən gün Tvitter səhifəsində hadisə ilə bağlı üstüörtülü məlumat vermişdi. O, "Kədərlənərək bildirirəm, bu gün koalisiya qüvvələrinin bir mütəxəssisini İraqda itirdik”, - deyə qeyd etmişdi.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti