Türkiyənin bu bölgəsində Novruz qadağan edildi

  • 15 mart 2016, 22:14
Novruz bayramı münasibətilə Türkiyənin Hakkari vilayətinin küçə və prospektlərində şənlik və mərasimlərin keçirilməsi qadağan edilib.
 
Bu barədə məlumat Hakkari valiliyinin saytında yer alıb.
 
Məlumata görə, terrorçulara qarşı aparılan əməliyyatlar səbəbindən sözügedən qadağa qüvvəyə minib.
 
Qeyd edilib ki, qadağa müvəqqəti xarakter daşıyır.

Oxşar xəbərlər