Ateistə 10 il həbs və 2 min şallaq

  • 28 fev 2016, 20:09
Səudiyyə Ərəbistanı məhkəməsi ateist vətəndaşı cəzalandırıb. Məhkəmə həmin şəxsə 10 il həbs və 2 min şallaq cəzası verib.

Səudiyyə Ərəbistanında sosial mediaya nəzarət edən şəriət polisi bir istifadəçinin 600-dən çox ateist paylaşım etdiyini müəyyənləşdirib. Məhkəmə qarşısına çıxarılan adı açıqlanmayan bu şəxsə 10 il həbs cəzası verilib. Ateist bununla da qurtula bilməyib. Ona həm də 2 min şallaq vurulacaq. Həmçinin 5 min 300 dollar cərimə ödəyəcək.

"Al-Watan" qəzeti yazır ki, həbs olunan şəxs Quran ayələrini ələ salmaqda, peyğəmbərlərin fikirlərini yalan adlandırmaqda ittiham olunub.

28 yaşlı müttəhim isə aylaşımlarının öz fikirləri olduğunu və söz azadlığından istifadə etdiyini bildirib.