Suriyada atəşkəs pozulur - Türkiyə sərhədə qırıcıları topladı

  • 27 fev 2016, 20:37
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya ilə sərhəddə patrul uçuşlarını artırıblar.
 
Bu gün gecə yarısı Suriyada atəşkəsin elan edilməsindən sonra Türkiyə F-16 qırıcılarının sayını sərhəddə 14-ə çatdırıb.
 
Suriyada ötən gecədən mütəmadi olaraq atəşkəsin pozulduğu barədə məlumatlar yayılıb. Bu səbəbdən Türkiyə analoji addımı atıb, bununla atəşkəsə sərhəddən nəzarət ediləcək. 
 
Qeyd edilir ki, Türkiyə son aylarda sərhədə ilk dəfə bu qədər qırıcı təyyarə toplayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər