Putindən Trumpa xoş sözlər - "Mütləq fovoritdir"

  • 18 dek 2015, 10:12
Rusiya prezidenti  Putin  ABŞ-da müsəlmanlarla bağlı sözləri  ilə  sərt  reaksiyalara səbəb olan Respublikaçı partiyanın namizədi  Trumpa dəstəyini ifadə edib.
 

 

Avropa.info xəbər verir ki,  Putin  Moskvada keçirdiyi  mətbuat konfransında Trumpu tərifləyib.
 
Rusiya prezidenti  Trumpu  2016-cı ildə keçiriləcək seçkilərin  N "mütləq favoriti" adlandırıb. 

"Trump  parlaq və istedadlı  bir insandır. Amma, ABŞ-dakı seçkini müzakirə etmək bizim işimiz deyil. Bu  amerika xalqının seçimidir. Rusiya kim seçilirsə seçilsin əməkdalığıa hazırdır" deyə Putin bildirib.

 
Qeyd edək ki,  Trump  ABŞ-da Respublikaçı Partiyanın  namizədləri arasında keçirilən sorğularda öndə gedir.