Almaniyanın sabiq kansleri öldü

  • 11 noy 2015, 00:04
Almaniyanın sabiq kansleri Helmut Şmidt 97 yaşında Hamburqda vəfat edib. 

Bu barədə "DPA” agentliyi məlumat yayıb.
 
Almaniyanın beşinci kansleri Helmut Şmidt  1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.
 
Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin "alman payızı” – "Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.