Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:07 - 12.11.2019  
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Tarix: 9-10-2019, 23:17 | Bölmə: Xəbərlər » Dünyada

Putin İrəvandan gedəndən sonra "Kreml ”düyməyə" basıb" iddiası ciddiləşir; Rusiya vətəndaşı Ermənistan prezidentinin baş müşaviri oldu; Paşinyan isə baş müşavirini işdən çıxardı...

Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayırErmənistanın yuxarı hakimiyyət eşelonunda maraqlı proseslər gedir. Söhbət təkcə baş nazir Nikol Paşinyan və onun başçılıq elədiyi hökumətdən, az öncə daxili işlər naziri və təhlükəsizlik xidməti rəhbərinin qalmaqallı istefalarından getmir. Həm də ölkənin prezidenti olan, lakin hələ ki 1-ci şəxsi olmayan Armen Sərkisyan ətrafında yeni gəlişmələrdən gedir.      

Müşahidələr söyləməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu ilyarım ərzində hələ də özü üçün uğurlu və çevik komanda formalaşdırıb başa çatdıra bilməyib. Dünən məlum olub ki, o, baş müşaviri Valeri Osipyanı da öz vəzifəsindən azad edib. "Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu oktyabrın 8-də Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu il sentyabrın 18-də Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa vermişdi. Bundan sonra N.Paşinyan onu özünə baş müşavir təyin etmişdi. Daha çox da o səbəbə ki, hakim komandada ciddi daxili parçalanma olmadığı görüntüsünü yaratmaq üçün...

*****

Maraqlıdır ki, təxminən eyni vaxtda prezident Armen Sərkisyan özünə yeni baş müşavir təyin edib. "Yeni Müsavat” Rusiyadakı "Kommersant” nərinə istinadən xəbər verir ki, bu, nə qədər qəribə də olsa, Rusiya vətəndaşı Georgi Asatryandır.

Qəzetə danışan mənbə deyib ki, G.Asatryan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sərkisyan arasında "əlaqələri möhkəmlətməklə” məşğul olacaq. Həmçinin iki ölkənin prezident administrasiyaları arasında təmasların güclənməsinə çalışacaq. O da bildirilir ki, öz işini o, ştatdankənar rejimdə və ictimai əsaslarla həyata keçirəcək. "Kommersant” bu haqda diplomatik dairələrdəki mənbələrə istinadla yazıb.

Bildirilir ki, Asatryan tarix elmləri namizədi, Əfqanıstan və antiterror fəaliyyəti üzrə mütəxəssisdir. Rusiyada təhsil alıb. Əvvəllər "Valday” Beynəlxalq Diskussiya Klubunda və "Beynəlxalq İşlər üzrə Rusiya Şurasında” işləyib, habelə "Kommersan”da və TASS-da məqalələrlə çıxış edib. Gizli konsaltinqlə məşğul olub. Onun müştəriləri arasında beynəlxalq biznesin nümayəndələri, həmçinin Rusiyanın Təhlükəsizlik Şurası da daxil, hökumət strukturları, həmçinin xarici dövlətlərin Moskvadakı səfirlikləri olub. Bir sözlə, o, Rusiyanın adamıdır.

Nəşr onu da dəqiqləşdirib ki, Georgi Asatryanın təyinatı haqda qərar Putinin İrəvana 1 oktyabr səfərindən dərhal sonra verilib. Ən maraqlısı da elə budur. Görünür, İrəvan səfəri zamanı Kreml başçısı komandası əsasən "Soros uşaqları” və rusofoblardan ibarət olan Paşinyanla bağlı mövqeyini qətiləşdirib. Rusiya liderinin hətta "düyməyə” basdığı deyilir. Moskva üçün Paşinyana ən yaxşı alternativ isə prezident Armen Sərksiyan ola bilər.

Təbii ki, Rusiya bu yöndə prosesləri süni şəkildə tələsdirməyəcək, uyğun məqamı, daha dəqiqi, Nikol Paşinyanın daxildə tam gözdən və nüfuzdan düşməsini, "ayağının sürüşməsi”ni gözləyəcək. Bunun üçün Moskva öz tərəfindən minimum gərəkənləri də sözsüz ki, edəcək. Məsələn, Ermənistana satılan qazı azca bahalaşdırmaqla Putin payız-qış mövsümündə Paşinyanın reytinqinə ciddi zərbə vura bilər. Yeri gəlmişkən, yerli KİV-lər bu haqda xeyli vaxtdır yazır.

*****

Yada salaq ki, ilin əvvəlində ABŞ-ın Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi rəy sorğusu inqilabdan sonra ilk dəfə Nikol Paşinyanın reytinqinin Armen Sərksiyandan geri qaldığını aşkarlamışdı - 53 və 64%. Hazırda isə baş nazir Nikol Paşinyandan ictimai narazılıq daha böyükdür. Çünki onun xalqa verdiyi vədlərdən heç biri reallaşmayıb. Ölkədə nə iqtisadi inqilab baş verib, nə əhalinin güzəranı yaxşılaşıb və vəd edilən iş yerləri açılıb, nə də iş qabiliyyətli adamların ölkədən kütləvi köçü dayanıb. Dağlıq Qarabağ məsələsində Paşinyanın tutduğu naşı və avantürist mövqe də öz yerində.           

Onu da xatırladaq ki, Nikol Paşinyanı baş nazir postuna parlament təyin edib. Həmin parlament də fors-major vəziyyətdə onu geri çağırıb başqası ilə, tutaq ki, Armen Sərkisyanla əvəzləyə bilir. Doğrudur, keçən il dekabrın 9-da keçirilmiş növbədənkənar seçkilərlə formalaşan təzə parlamentdə əksəriyyət Paşinyan tərəfdarlarından ibarətdir. Ancaq ölkədə vəziyyət qarışarsa, yeni tərkib böhrandan çıxmaq üçün yeni "məxməri inqilaba” da qol qoya bilər. Ermənistanın yaxın tarixində belə hallar az olmayıb. Yəni Paşinyanın qurban verilməsi nəzəri cəhətcə istisna deyil...   

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 597 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı
Kəlbəcərli girovlar azadlığın bir addımlığında
Parlament seçkiləri niyə bu il keçirilmədi və 125 mandatın taleyi...
"Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar" - İlham Əliyev
"Həyətlərdə təhlükəsizlik kameraları qoyulmalıdır"
"ASAN xidmət"ə 19 milyon manat ayrılıb - SƏRƏNCAM
“KAZIMZADƏ İLƏ AĞAZADƏNİN “PUL DAVASININ” QURBANLARIYIQ” – ŞİKAYƏT
Əliyevin dəmir yumruğu, yoxsa Əliyevanın zərif əli? – Müxalifət seçim qarşısında…
"McDonald's" prezidenti vəzifəsini tərk edib
Əsəd Ərdoğana əl uzatdı - nələr olacaq?
Kremldən İrəvana “ev tapşırıqları” - Lavrov Ermənistana niyə gedir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40007] initstartout [0.00023] initstartin [0.00105] calstart [0.01307] calend [0.00074] topnewsend [0.00575] rsssend [0.00000] ehgend [0.02861] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34966]