Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:17 - 21.09.2019  
İraq hökuməti “Həşd Şabi”nin “əl-ayağını” yığır
Tarix: 4-07-2019, 21:38 | Bölmə: Xəbərlər » Dünyada

Baş nazir həddən artıq böyüyən könüllü ordu qruplaşmasını nizami orduya çevrilməsi ilə bağlı qərar imzalayıb

İraq hökuməti “Həşd Şabi”nin “əl-ayağını” yığırİraq baş naziri Adil Əbdülmehdi ölkənin ikinci rəsmi ordusu, terrora qarşı mübarizə məqsədi ilə yaradılmış "Həşd Şabi” haqqında sərəncam imzalayıb. 10 maddədən ibarət sərəncamın "Həşd Şabi” qüvvələrinin oynadığı böyük rola inanaraq onun daxildə və xaricdə güclənməsini təminat altına almaq üçün yayınlandığı qeyd olunub.

Sənədin birinci bəndində qeyd olunur ki, "Həşd Şabi” İraq silahlı qüvvələrinin ayrılmaz bir hissəsidir. Silahlı qüvvələr üçün tətbiq olunan hər qanun "Həşd Şabi” üçün də keçərlidir. Qruplaşma parlamentin qərarına əsasən İraq silahlı qüvvələrinin baş komandanına tabedir və verilən təlimata əsasən hərəkət edəcək. "Həşd Şabi”nin idarəçiliyini silahlı qüvvələrin baş komandanı tərəfindən təyin olunan "Həşd Şabi Heyəti” rəhbəri həyata keçirir və bütün qruplaşma ona tabedir.

İŞİD terror təşkilatına son qoymaq üçün "Həşd Şabi”nin həyata keçirdiyi əməliyyatlar başa çatmaqdadır və bu səbəbdən də qruplaşma daxilindəki qrup adları ləğv olunacaq və bundan sonra hərbi birliklər, yəni diviziya, briqada, tabor kimi adlar veriləcək. Bu adlar yerli tayfa qüvvələri və digər regional qüvvələrə də aid ediləcək. Ordu mənsubları hərbi rütbələr alacaq.

Bu səbəbdən də qrupların istər fərdi, istərsə də təşkilati olaraq bütün siyasi əlaqələrini dayandırması lazımdır. Bundan başqa 4-cü maddədə qeyd olunur ki, silahlı qüvvələrə qatılmaq istəməyən qruplar siyasi qüvvələrə çevrilə bilər. Ancaq bu zaman silahları təhvil verməli, digər mülki siyasi qüvvələrlə eyni statusda davam etməlidirlər.

"Həşd Şabi”yə bağlı olan kazarma və hərbi məskənlər orduya məxsus obyektlər kimi fəaliyyət göstərəcək. Bundan başqa "Həşd Şabi” qruplarının adını daşıyan şəhərlərdə və əyalətlərdə yerləşən istifadə olunan mərkəzlər bağlanacaq. Bu çərçivədən kənarda qalan açıq və ya gizli fəaliyyət göstərən qrupların varlığı qadağan olunur. Belə qruplara qarşı qanunla mübarizə aparılacaq. Açıqlanan yeni çərçivədən kənarda qalan bütün iqtisadi obyektlər, nəzarət məntəqələri bağlanacaq və "Həşd Şabi” İraq silahlı qüvvələrinin bir parçası olacaq. Qərarın icrası üçün iyulun 31-dək vaxt verilir.

Qeyd edək ki, baş nazirin bu qərarnaməsi İraqda "Həşd Şabi”nin gücünün məhdudlaşdırılması ilə bağlı ilk cəhd deyil. Ötən il keçirilən parlament seçkilərindən əvvəl baş nazir Heydər İbadi "Həşd Şabi”nin siyasi proseslərdə iştirakını məhdudlaşdıran addımlar atmışdı. Ancaq o zaman bu cəhdlər effektli olmadı, əksinə "Həşd Şabi” liderləri seçki koalisiyası yaradıb parlamentə daxil oldular.

Ancaq indi İran və ABŞ arasında gərginliyin yüksəlməsi istər-istəməz İraqa da təsir edir. Çünki İraq hər iki ölkənin ciddi təsir dairəsindədir, üstəlik İranla böyük sərhədi olan İraq ABŞ üçün indi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Bu mənada son illərdə İraqda İran-ABŞ rəqabəti şiddətlənib. Bunun ən bariz nümunəsi isə may ayında ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında raket atılması oldu.

İyunda isə İraqda ABŞ hərbi bazasının yerləşdiyi və neft emalı şirkətlərinin də fəaliyyət göstərdiyi Bələd Hərbi Bazası minaatanlardan atəşə tutulub. Bu hücumların konkret olaraq hansı qüvvələr tərəfindən törədildiyi açıqlanmasa da, Vaşinqton üçün siqnal mahiyyətində idi. Vaşinqton İranın İraqdakı gücünü zəiflətmək üçün "düyməyə basıb”. Ancaq bu qərarın hansı nəticə doğuracağını indidən demək çətindir. Bu qərarın İranın İraqdakı təsirini hansı dərəcədə zəiflədəcəyini indidən demək çətindir.

"Həşd Şabi”, yəni "Xalq Səfərbərlik Qüvvələri” adlı silahlı birlik 2014-cü ildə yaradılıb. İŞİD 2014-cü ilin 10 iyununda İraqın ikinci şəhəri Mosulu ələ keçirib və şimala – Bağdada – doğru irəliləyirdi. Həmin vaxt İŞİD qüvvələrinin ön dəstələrini Bağdadla 50 kilometr məsafə ayırırdı. İyunun 13-də Cümə namazından sonra İraq şiələrinin nüfuzlu lideri Ayətullah Əli Sistani İraqda terrora qarşı səfərbərlik çağırışı etdi. Bundan sonra könüllü səfərbərlik büroları yaradıldı və iraqlılar bu bürolara yazılmağa başladı. İlk 3 gün ərzində 100 min iraqlı yeni könüllü orduya yazıldı. Tezliklə bu könüllülərin birləşdiyi "Xalq Səfərbərlik Qüvvələri”, yəni ərəbcə "Həşd Şabi” yarandı. Daha sonra İraqdakı yerli tayfa və ərazi müdafiə qüvvələri də "Həşd Şabi”yə daxil oldu. Bununla da İraqda ordu və Polisə alternativ olaraq ümumi sayı 300 min nəfərə çatan və aktiv silahlı qüvvələrinin sayı 135 min nəfərə yaxın olan böyük bir könüllü ordu yarandı. Ancaq bu orduda onlarla irili-xırdalı silahlı qruplar vardı. Əsasən şiə silahlı qrupları çoxluq təşkil etsə də, "Həşd Şabi” daxilində sünni silahlı tayfa dəstələri, eləcə də xristian silahlı qrupları var. Yeri gəlmişkən, "Həşd Şabi” daxilində iki türkmən briqadası da var.

Ancaq "Həşd Şabi” yarandığı ilk gündən İran bu qrupla yaxından əməkdaşlıq edib. Mosul və ətrafdakı türkmən qəsəbələrinin, o cümlədən ilk dəfə Əmirlinin İŞİD-dən azad edilməsində İran ordusunun generalı Qasim Süleymanişəxsən iştirak edib və ümumilikdə "Həşd Şabi”nin formalaşmasında iranlı təlimatçılar yaxından iştirak edib, Tehran silahlandırıb. Daha sonrakı dövrdə də İran ordusu ilə "Həşd Şabi” arasında yaxın əlaqə olub. Doğrudur, "Həşd Şabi” tərkibindəki ən iri qruplaşmalardan olan Müqtəda Sədrin "Səraye Salam” qruplaşması kimi bir neçə qruplar siyasi və ideoloji səbəblərə görə İranla məsafəli olsa da, "Həşd Şabi”nin əsas liderləri olan Hadi əl-Amiri, Əbu Mehdi əl-Muhəndis İrana yaxın şəxslər hesab olunur.

Baş nazirin qərarı bir tərəfdən ABŞ və körfəz ölkələrinin İraqa İran təsirini zəiflətməklə bağlı təzyiqlərinə cavab mahiyyətindədirsə, digər tərəfdən, savaş sonrası az qala rəsmi ordu böyüklükdə olan "Həşd Şabi”nin təsirini zəiflətmək, siyasətə müdaxiləsini məhdudlaşdırmaq üçündür. Əlbəttə, daxildən müəyyən müqavimət olacaq, amma müharibənin əsas mərhələsi başa çatdığı üçün könüllü orduda yeni nizamlanmanın olması labüddür. Çünki əks təqdirdə "Həşd Şabi” tezliklə ölkə siyasətinə hakim olacaq əsas qüvvələrdən birinə çevrilə bilər. 2018-ci il seçkilərində ilk "beşliyə” düşən "Həşd Şabi” bloku hərbi qüvvə olmaqdan çıxaraq artıq İrandakı "Sepah”a bənzər bir struktura çevrilməkdədir. Bu isə Bağdada xarici təzyiqlə yanaşı. Daxildəki siyasi qüvvələri narahat edir.

"Yeni Müsavat”

Xəbər 668 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39951] initstartout [0.00022] initstartin [0.00104] calstart [0.01034] calend [0.00059] topnewsend [0.00549] rsssend [0.00000] ehgend [0.02848] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35264]