Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:33 - 15.10.2019  
Türkiyə siyasətinin yeni parlayan ulduzu Əkrəm İmamoğlu kimdir?
Tarix: 26-06-2019, 11:03 | Bölmə: Xəbərlər » Dünyada

İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır

Türkiyə siyasətinin yeni parlayan ulduzu Əkrəm İmamoğlu kimdir?Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyunda keçirilən seçkilərdə İstanbulun meri seçilmiş Əkrəm İmamoğlunu ikinci dəfə təbrik edib. 23 iyunda seçkilər başa çatdıqdan bir neçə saat sonra ilkin nəticələrə əsasən CHP namizədini qələbə münasibətilə təbrik edən Türkiyə prezidenti ötən gün partiyasının qrup toplantısında çıxış edərkən "CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm” deyib.

Ərdoğan söyləyib ki, İstanbul əhalisinin qərarının başımız üzərində yeri var. Eyni zamanda əlavə edib ki, 31 mart seçkilərində mübahisəli məqamlar olub, bələdiyyə məclisi üzvləri arasında çoxluğu AKP qazanıb. Ancaq əlavə edib ki, bu seçkidə İstanbul sakinlərinin seçimi dəyişib, 23 iyun seçkilərinin nəticəsi milli iradənin təcəssümüdür. Ərdoğan deyib ki, seçkilərin nəticəsi həm də hökumətə bir mesajdır, iqtidar bu mesajı nəzərə alacaq.

Bu açıqlama bir mənada 23 iyun seçkilərin nəticələrinin rəsmiləşməsi mənasına gəlir. Ərdoğan Türkiyənin prezidentidir və seçkilərin rəsmi nəticələri ona məlumdur, həm də hakim partiyanın sədri kimi nəticələri qəbul etdiyini göstərir. Artıq ötən gün İstanbul Vilayət Seçki İdarəsi seçkilərin nəticələrini rəsmən açıqlayıb. CHP namizədi Əkrəm İmamoğlu rəsmi nəticələrə əsasən səslərin 54,21 faizini, yəni 4 milyon 741 min 868 seçicinin səsini alaraq qalib gəlib. Onun rəqibi, AKP namizədi Binəli Yıldırım isə 44,99 faiz, yəni 3 milyon 935 min 453 səs alaraq ikinci olub. Bununla da iki namizəd arasında səs fərqi 31 martdakı 13 min səsdən 806 min 767 səsə yüksəlib. Türkiyə qanunlarına əsasən seçkilərdən sonra 2 gün ərzində tərəflərin etiraz haqqı var. Yəni iyunun 25-də saat 15-ə qədər tərəflərdən biri öz etirazını bildirə bilər. Ancaq Ərdoğanın açıqlaması seçkilərlə bağlı hər hansı etirazın olmayacağını artıq sabah saatlarından təsdiqlədi. Türkiyə mətbuatının yazdığına görə, iyunun 26-da Əkrəm İmamoğlu bələdiyyə sədri vəsiqəsini ala bilər.

Artıq yeni bələdiyyə sədrinin planı da bəllidir. "Sözçü” qəzetinin yazdığına görə, sədr vəsiqəsini aldıqdan sonra İstanbul böyük şəhər bələdiyyəsi binası qarşısında mitinq keçirəcək. Daha sonra isə İstanbul valisi, mayın 6-dan etibarən İstanbul bələdiyyə sədri vəzifəsini həyata keçirən Əli Yerlikayadan möhürü təhvil alaraq rəsmi olaraq fəaliyyətə başlayacaq.

Əkrəm İmamoğlu namizəd olarkən bir sıra kompleks vədlər verib. Bunlar aşağıdakılardır: İstanbulun nəqliyyat və tıxac probleminin həlli, İstanbulda yoxsulluğun aradan qaldırılması, həyat xərclərinin ucuzlaşdırılması, şəhər inşaatında planlaşma və ətraf mühit, tikinti və zəlzələ riskləri ilə bağlı problemlərin aradan qaldırılması, işsizlik problemlərinin həlli, yeni iqtisadi və sənayenin yaradılması, investisiya cəlbi, İstanbulun iqtisadi cəlbediciliyini artırmaq, həyat səviyyəsinin yüksəldilməsi, mədəniyyət, incəsənət və idman fəaliyyətlərini şəhərin bütün rayonlarına yaymaq.

Təbii ki, bu vədləri reallaşdırmaq elə də asan olmayacaq. Nəzərə almaq lazımdır ki, hazırda İstanbul bələdiyyəsi məclisində iqtidar koalisiyasının 180, müxalifətin isə təqribən 140-a yaxın üzvü var. Yəni İmamoğlunun ən ciddi müxalifəti Bələdiyyə Məclisində olacaq.

Ə.İmamoğlunun ikinci ciddi problemi bələdiyyədəki iqtisadi vəziyyətdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) may ayının rəsmi rəqəmlərinə görə, 500-ə yaxın firmaya 26 milyard 800 milyon lirə borcu var. Bunlardan 300-ü kiçik məbləğli borclardır.

İBB-nin builki büdcəsi 23.8 milyard lirədir. Buna əlavə olaraq 2.5 milyard lirə İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri) və 8 milyard 501 milyon lirə həcmində İSKİ (İstanbul Su Kanalizasiya İdarəsi) büdcələri ilə birlikdə İBB-nin 2019-cu il büdcəsi 34 milyard 801 milyon lirəyə çatıb. Yəni təxminən büdcənin 75 faizi qədər borc var. CHP-nin bələdiyyə məclisindəki təmsilçisinin verdiyi məlumata görə, hazırda kiçik məbləğli borcların sahibləri demək olar ki, hər gün bələdiyyəyə gələrək borclarını tələb edir. Hər nə qədər İstanbul böyük və gəlirli şəhər olsa da, 26 milyard lirə (bu təxminən 4,5 milyard dollar edir hazırkı kursla - K.R.) dəyərində yığılmış borcu qəbul edəcək.

Türkiyə siyasətinin yeni parlayan ulduzu, Qərb mediasının yazdığı kimi, qarşıdakı 5 ildə Avropanın ən böyük şəhərinə rəhbərlik edəcək Əkrəm İmamoğlu bundan əvvəlki 5 il ərzində İstanbulun 39 rayonundan biri olan Beylikdüzündə bələdiyyə sədri olub. Yeri gəlmişkən, 31 mart seçkilərində Beylükdüzündə növbəti dəfə CHP namizədi 59 faizlə qalib gəlib.

İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır. İqtisadiyyat təhsili alıb, gəncliyində futbolla məşğul olub, Quran oxuyur və Qara dəniz sahilindən, yəni Trabzondandır. Yeri gəlmişkən, seçki kampaniyası zamanı Yunanıstan mətbuatının İmamoğlu haqqında "Pontuis” sözü yazması ciddi mübahisələrə səbəb olub. İmamoğlunun yunan olması ittihamları ortaya atılıb. Hətta mübahisə o qədər böyüyüb ki, axırda Yunanıstan qəzeti təkzib açıqlaması yayaraq "Pontuis” sözünün yunancada "Qara dəniz sahilindən olduğuna işarə” olduğunu bildirib. İmamoğlu isə türk olduğunu bildirir.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib. İstanbul Universitetində menecment ixtisası üzrə təhsil alıb. 1992-ci ildə əmək fəaliyyətinə ailəsinə məxsus şirkətdə inşaat mühəndisi kimi başlayıb. Tezliklə şirkətin rəhbərliyinə gətirilib. Futbol həvəskarı olan İmamoğlu "Trabzonspor” futbol klubunun rəhbərliyində təmsil olunub. Eyni zamanda "Trabzonspor” basketbol klubunun qurucusu və sədr müavini vəzifəsini tutub. Daha sonra isə Beylikdüzü klubunun rəhbərliyində təmsil olunur. Bundan başqa, Atatürkçü Düşüncə Dərnəyi və daha bir neçə vətəndaş cəmiyyəti qurumlarında təmsil olunur.

İmamoğlu ənənəvi sekulyar CHP elektoratından deyil, sağ mühafizəkar cinahdandır. Yeri gəlmişkən, Türkiyənin hazırkı prezidenti və hakimiyyətdə təmsil olunan bir sıra şəxslər məhz İmamoğlunun mənsub olduğu Qara dəniz bölgəsindədir. İmamoğlu siyasi fəaliyyətə Turqut Özalın Ana Vətən Partiyasında başlayıb. Ailəsi dindar mühafizəkar olsa da, İmamoğlu universitet illərində sosial-demokrat camiəyə yaxınlaşıb. 2008-ci ildə isə aktiv siyasətə gələndə CHP-ni seçib. 2009-cu ildə Bəylikdüzü bələdiyyəsinə namizədliyini versə də, partiyadan namizədliyi qəbul olunmayıb. Ancaq bir neçə ay sonra CHP-nin Bəylikdüzü təşkilatına sədr seçilir. 2014-cü il bələdiyyə seçkilərində Bəylükdüzündən namizəd olub və 50,83 faiz səslə bələdiyyə sədri seçilib. Ailəlidir, 3 övladı var. 23 iyun seçkilərində qalib gələn İmamoğlu qarşıdakı 5 il ərzində Avropanın ən böyük şəhərini idarə edəcək.

"Yeni Müsavat”

Xəbər 864 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37534] initstartout [0.00024] initstartin [0.00108] calstart [0.01340] calend [0.00074] topnewsend [0.00603] rsssend [0.00000] ehgend [0.04101] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31188]