AKP Ərdoğandan alınır? – Davudoğlundan gizli qiyam

  • 04 may 2019, 20:27

"Kulislərdəki son çıxışlarında tez-tez "partiyamız” deyən keçmiş baş nazir Əhməd Davudoğlu yeni partiya yaratmaq məsələsində tələsik qərar verməyəcək. Bunun yerinə AKP daxilində demokratikləşmə müzakirəsini başladıb, nəbz yoxlayacaq. Buna verilən reaksiyalara uyğun qərar qəbul edəcək”.

Bunu türk siyasi analitik Sabahattin Önkibar deyib.

Ekspertin fikrincə, Əhməd Davudoğluna yaxın şəxslər Prezident Rəcəb Tayyib Ərdoğanın həm də AKP lideri olmasını mövcud siyasi sistemə zidd sayır:

"Davudoğlu AKP-nin vaxtından əvvəl qurultaya gedib yeni sədr seçilməsində maraqlıdır. Əks halda isə öz partiyasını qurmaqda qərarlı olduğu ehtimalını yaradıb. Təsadüfi deyil ki, bələdiyyə seçkilərindən dərhal sonra keçmiş prezident Abdulılah Gül və baş nazirin sabiq köməkçisi Ali Babacanın dəstəyi ilə yeni partiyanın qurulması ilə bağlı gizli danışıqların aparıldığı iddiası ortaya çıxdı.

Lakin Davudoğlunun yeni partiya müzakirələri fonunda hansı addımı atacağı bəlli deyil. Onun özü bu barədə açıqlama vermədikcə bütün ehtimalların hamısı spekulyasiyadır. Hazırda Davudoğlu ölkəni gəzir və konfranslar təşkil edir, yəni iddiaların əksinə olaraq, partiya quruculuğu istiqamətində addımlar atılmır. Digər yandan, Davudoğlunun Abdullah Gül qədər AKP daxilində dəstəkçisi yoxdur”.

Önkibar qeyd edib ki, Ərdoğanın seçkilərdən sonra "isti dəmiri soyutmaq vaxtı çatıb” deyərək, müxalifətə Türkiyə İttifaqı çağırışını dəstəkləyən bu qüvvə AKP-nin MHP ilə işbirliyinə etiraz edir:

"Bu siyasi kəsim AKP rəhbərliyində dəyişikliyin edilməsi ilə bağlı müzakirəni başlatsa da, Ərdoğanın liderliyini müzakirə edəcək bir addım atmır”. /mənbə - https://teleqraf.com/news/dunya/209063.html/

Oxşar xəbərlər