"Dünyada heç bir dövlət Amerikaya bata bilməz"

  • 30 may 2018, 09:58
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ-la bağlı yeni bəyanatla çıxış edib. Rusiyalı yetkili Ağ Evin vaxtiylə Yaponiyaya atdığı atom bombalarına görə hüquqi məsuliyyətə cəlb edilməli olduğunu söyləyib.

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Narışkinin bu açıqlamasını ciddiyə almağa ehtiyac görmədiyini qeyd edib. Habelə, politoloqun fikrincə, bu gün müasir dünyamızda ABŞ-ı məsuliyyətə cəlb edə biləcək dövlət mövcud deyil:

"Narışkin Rusiya xarici siyasətinin rəsmi sözçüsü deyil. Xarici siyasət məsələsində söz sahibi olan şəxslər Vladimir Putin və xarici işlər naziir Sergey Lavrovdur. Narışkin sadəcə idarə rəisidir. Bu səbəbdən də onun açıqlamasına çox da əhəmiyyət verməyə lüzum yoxdur.

Amerikanı məsuliyyətə cəlb etmək mümkün deyil. Əksinə, bu gün Rusiyanın özünü məsuliyyətə cəlb etməyə çalışırlar. Malayziya təyyarəsini vurduğuna, Ukrayana və Gürcüstanı işğal etdiyinə, Krımı ilhaq etdiyinə görə Rusiyanın cəzalandırılması məsələsi daha realdır. Amerikaya gəlincə, dünyada heç bir dövlət Amerikaya bata bilməz”. 
Oxşar xəbərlər