Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:47 - 25.08.2019  
İŞİD-i kim yaradıb - iddialar, ehtimallar və gerçəkliklər
Tarix: 14-04-2018, 11:02 | Bölmə: Xəbərlər » Dünyada

21-ci əsrin, eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır

İŞİD-i kim yaradıb - iddialar, ehtimallar və gerçəkliklərRusiya XİN sözçüsü ABŞ hökumətini İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib. ABŞ prezidenti Trampın Rusiyanı hədəfə alan "tvit”lərində İŞİD-in məğlub edilməsində Amerikanın roluna işarə etməsini Moskva cavabsız qoymayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "facebook” səhifəsində ABŞ-ı İŞİD-i yaratmaqda günahlandırıb. Sitat: "Sadəcə, hələ heç kəs İraqa görə ABŞ-a təşəkkür edib qurtarmayıb, hansı ki, müdaxilənin yekununda İŞİD peyda oldu”.

Qeyd edək ki, İŞİD-in aktiv şəkildə mövcud olduğu 4 ildə bu qruplaşma haqda. Onun yaranmasında müxtəlif ölkələrin adları hallanıb. Suriya, İran, Rusiya, Türkiyə kimi ölkələrin adı İŞİD-in yaradılmasında hallanıb. Məsələn, 2014-cü ildə İraq sünni alimlərinin lideri, İraq Alimlər Birliyinin sədri Xalid əl-Molla yerli mətbuata müsahibəsində bildirmişdi ki, Səudiyyə Ərəbistanı, Misir, Tunis, Əlcəzair, Mərakeş, Liviya kimi ölkələr İŞİD-in terror fəaliyyətinə dəstək verib. Təbii ki, bu iddiaları adətən qarşı tərəflər öz rəqiblərinə ünvanlayıb. Bu sırada adı ən çox hallanan ölkələrdən biri də ABŞ olub. Bunun isə bir neçə səbəbi olub. Bunlar bir çox etiraflar və sənədlər, habelə məlumatlara əsaslanır.

4 il əvvəl keçmiş amerikalı kəşfiyyatçı Eduard Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının dayandığını bildirmişdi. Amerikalı kəşfiyyatçıya görə, İŞİD Yaxın Şərqdə yeni qaydalar və təhdidlər yaratmaqla adı gedən 3 ölkənin maraqlarına xidmət edir. Oxşar fikrilərin, keçmiş dövlət katibi Hillari Klintonun kitabında da yer aldığı iddia olunurdu. Belə ki Klintonun İŞİD-in yaranmasında ABŞ-ın dolayısı ilə rolunun olduğunu etiraf etdiyi qeyd edilirdi.

Məsələ ondadır ki, İŞİD İraqda, ABŞ işğalı dövründə yaranıb. Qruplaşmanın lideri ABŞ ordusu tərəfindən həbs olunub və bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Bundan başqa ABŞ-ın İŞİD mənəvi-ideoloji bazası hesab olunan qruplarla Əfqanıstanda 80-ci illərdə əməkdaşlıq etməsi, oxşar prosesin Suriya və İraqda da baş verdiyi ilə bağlı iddialara səbəb olub.

2014-cü ildə Rusiya mediası İŞİD döyüşçülərinin İordaniyadakı Amerika hərbi düşərgələrində təlim aldığı haqda məlumat yayıb. "Russia Today”da yayımlanan məqalədə İordaniyada CİA (Mərkəzi Kəşfiyyat İdarəsi - K.) təlimçilərinin İŞİD-çilərə təlim keçdiyi, qruplaşmanın maliyyəsinin isə körfəz ərəb ölkələrindən gəldiyi iddia olunurdu. Məqalədə qeyd olunurdu ki, qruplaşmanın bu qədər sürətlə güclənməsinin arxasında əsas maraq Yaxın Şərqin yenidən xaosa sürüklənməsi olub. İŞİD vasitəsilə dünyanın ikinci böyük neft ölkəsi İraqın və Yaxın Şərqin açar ölkəsi Suriyanın nəzarət altında saxlanması planlanıb. Maraqlıdır ki, İordaniyanın bəzi dövlət məmurları İŞİD liderlərinin bir qrupunun 2012-ci ildə İordaniyadakı bir düşərgədə CİA (MKİ) və ABŞ xüsusi təyinatlı təlimçiləri tərəfindən hazırlandığını etiraf ediblər. Bu təlimlərin xərcləri isə Səudiyyə Ərəbistanı və Qətər hökumətləri tərəfindən təmin olunub. Ancaq ABŞ hökuməti bu təlimlərin "mülayim” islamçı müxaliflərə keçildiyi, sonradan onların İŞİD-ə qoşulduğunu bildirmişdi.

İŞİD-i kim yaradıb - iddialar, ehtimallar və gerçəkliklər

2004-cü ildə İraqın ABŞ ordusu tərəfindən işğalına qarşı mübarizə məqsədi ilə "əl-Qaidə”nin İraq qolu olaraq yaranmış İŞİD həmin vaxt Amerika ordusuna qarşı savaşıb. İŞİD növbəti dəfə Suriyada 2011-ci ildə peyda olub və bu dəfə B.Əsəd ordusuna qarşı savaşıb. Ancaq az sonra qruplaşma tutduğu ərazilərdə dövlət yaratdığını bəyan edib və bu səbəbdən digər müxalif qruplaşmalarla münaqişəyə girib. 2014-cü il yanvarın 3-də isə İŞİD-lə digər böyük müxalif qruplaşma olan "ən-Nusra” arasında qanlı toqquşmalar başlayıb. Hazırda İraq və Suriyada, demək olar ki, sıradan çıxarılan İŞİD-in kiçik ərazilərdə nəzarəti qalıb. Suriyanın mərkəzində, Deyr əz-Zor vilayətində, cənubda İsrail sərhədinə yaxın Təsil bölgəsində və Dəməşqin cənub-şərqində əsasən fələstinlilərin qaldığı Yərmuk düşərgəsində və İraqla sərhəddə kürdlərin nəzarətindəki bölgədə İŞİD varlığını davam etdirir. İraqda isə Kərkük ətrafı, Ənbar vilayətində səhralıq ərazidə İŞİD silahlıları mövcuddur. Bundan başqa Liviyada Benqazi şəhəri yaxınlığında. Misirdə Sina yarımadasında, Yəməndə, Əfqanıstanda və Nigeriyada İŞİD varlığını hələ də qoruyub saxlayır.

Ekspertlərə görə, İŞİD yaranmasında konkret olaraq hansısa dövlətin adını çəkmək mümkün olmasa da, müəyyən dövrlərdə müxtəlif dövlətlər bu qruplaşmaya təsir göstərməklə ondan faydalanmağa çalışıblar. Həm bölgə ölkələri (yuxarıda adları sadalanan - K.), həm də bir sıra Qərb ölkələrinin İŞİD faktorundan istifadə etdiyi və qruplaşma ilə gizli əlaqələrə sahib olduğu haqda informasiyalar var. Bu səbəbdən də bu cür ittihamların bir qayda olaraq "yapışacaq qədər” əsası hər zaman var. Çünki 21-ci əsrin eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır.

Xəbər 2840 dəfə oxunub






Oxşar xəbərlər

Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib
Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTO
“İcbari sığortaya keçid üçün azı 4 milyard pul lazımdır”
AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14333] initstartout [0.00011] initstartin [0.00053] calstart [0.00643] calend [0.00041] topnewsend [0.00259] rsssend [0.00000] ehgend [0.02761] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10495]