Suriyada inzibati bina atəşə tutulub, 9 nəfər yaralanıb

  • 23 fev 2018, 08:20

Suriyanın Dera mühafəzəsinə məxsus inzibati binanın yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 9 dinc sakin yaralanıb.

"Report” xəbər verir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin nümayəndəsi general-mayor Yuri Yevtuşenko bildirib.

"Dünən qeyri-qanuni silahlı birləşmələrin mövqelərindən Dera əyalətinin administrasiya binası yerli Milli Barışıq Komitəsinin planlaşdırma iclası keçirilən zaman minaatanlardan atəşə tutulub", - deyə o bildirib.

Yevtuşenkonun sözlərinə görə, 30 mina atılıb, administrasiya bınasına ziyan dəyib.

Demokratik.Az

Oxşar xəbərlər