Rusiyalılar Putinin siyasətini dəstəkləyir

  • 03 avq 2017, 18:51

Rusiya prezidentinin fəaliyyəti ölkə əhalisinin 83,5%-i tərəfindən bəyənilir. Baş nazir Dmitri Medvedev haqqında eyni fikri rəyi soruşulanların yalnız 52,4%-i bölüşür.

Virtualaz.org Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına istinadən xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin fəaliyyətindən ölkə əhalisinin yalnız 57,5%-i razıdır.

Fəaliyyəti bəyənilən məmurların ilk "üçlüy”ündə vəziyyət dəyişməyib. Ən etibar edilən şəxs prezident Vladimir Putindir (50,4%). Sonrakı yerləri müdafiə naziri Sergey Şoyqu (15,7%) və liberal-demokratların lideri Vladimir Jirinovski (13,6%) tuturlar.