Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:39 - 22.09.2018  
Qoroskop - 17 avqust
Tarix: 17-08-2018, 09:47 | Bölmə: Xəbərlər

Qoç – gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır.

Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var.

Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir.

Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq.

Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin.

Borc almayın.

Buğa – çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz.

Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.

Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız.

Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın.

Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.

Əkizlər – işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək.

Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür.

Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin.

İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar.

Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək.

Xərçəng – yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz.

Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır.

Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır.

Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz.

Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir.

Şir – günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz.

İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz.

Rəhbərliklə fikir ayrılıqları yarana bilər.

Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz.

Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır.

Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın.

Soyuqqanlı, səmimi olun.

Qız – günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil.

İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın.

İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır.

Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq.

Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır.

Tərəzi – diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın.

Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin.

Sürətlə hərəkət edin, amma ifrata varmayın.

Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər.

 

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək.

Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir.

Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər.

Əqrəb – peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın.

Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil.

İş yoldaşları ilə dil tapmaq asan deyil.

Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız.

Axşam saatları gəzinti və aktiv istirahət üçündür.

Oxatan – günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq.

Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz. Tənbəllik etməyin, ətalətli davranmayın.

Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə çalışın.

Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri təkrarlamayasınız.

İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.

Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə bağlı planları müzakirə etmək üçün əlverişlidir.

Alış-veriş edin, simic davranmayın.

Oğlaq – ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız.

Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların problemlərini dərk edin.

Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun.

Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar perspektivlər yaradan təklif alacaqsınız.

Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq.

Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın.

Özünüzü sevindirməyin yollarını tapın.

Dolça – sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli zamandır.

Nikbin və qətiyyətli olun.

Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır.

Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox olmayıb.

Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur?

Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq.

Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun.

Balıqlar – yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri barışdırın.

Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun.

Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz.

Dəvət aldığınız tədbirə qatılın.

Dostlarla görüşün, ailəvi istirahət edin.

Pozitiv emosiyalar ala bilərsiniz. (Milli.Az)

Xəbər 184 dəfə oxunub






Oxşar xəbərlər

Ebru ilə Rza Zərrab ABŞ-da görüşüb dalaşdılar
Binəli Yıldırım Bakıda məsciddə namaz qıldı, hədik payladı - VİDEO
Gəncənin təhlükəli və qaranlıq yeraltı piyada keçidləri - yeni başçıya müraciət / VİDEO
Prezident İlham Əliyevin Milli Məclisdəki çıxış MƏTNİ
İlham Əliyev Vyetnama BAŞSAĞLIĞI göndərib
Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
ADAU-nun rektoru magistr tələbələrlə görüşüb
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15470] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.01068] calend [0.00056] topnewsend [0.00606] rsssend [0.00000] ehgend [0.04028] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09576]