20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama

  • 18 yan 2018, 17:23

Ümumxalq Hüzn Günü olduğuna görə 20 Yanvar günü məktəblilər dərsə getməyəcək.

Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib.

"Hər il olduğu kimi, bu il də hüzn günü ilə bağlı olaraq 20 Yanvar günü məktəblərdə dərs keçirilməyəcək" - C.Valehov bildirib.

Bildirək ki, şənbə günü ölkədəki təhsil müəssisələrinin əksəriyyətində dərs olmur. Bu qərar yalnız şənbə günü dərs olan təhsil müəssisələrinə aiddir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü də daxil olmaqla, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Demokratik.Az

Oxşar xəbərlər