Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Dollarla əməliyyatların həcmi 2,7 dəfə azalıb
Dollarla əməliyyatların həcmi 2,7 dəfə azalıb
- 10 fev 2017, 19:34
2016-cı ilin yanvar-dekabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,67 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,84 dəfə azalıb. Başqa sözlə, ötən il ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 564 mln. 473,7 min ABŞ dolları olubsa, 2015-ci ildə bu göstərici 15 mlrd. 795 mln. 602,5 min manat təşkil edib.
Ötən ilin yanvar-dekabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 3 mlrd. 004 mln. 956,7 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,1 dəfə azdır. Ötən ilin 12 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 559 mln. 517 min ABŞ dolları alınıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 26,41% azdır.
2016-cı ildə 2015-ci il ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,55 dəfə azalıb. Başqa sözlə, ötən il avro ilə mübadilə əməliyyatlarının həcmi 851 mln. 409,6 min avro olubsa, 2015-ci ildə bu göstərici 1 mlrd. 319 mln. 741,4 min avro təşkil edib.
Ötən il nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 559 mln. 028,6 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,92 dəfə azdır. 2016-cı ildə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 292 mln. 381 min avro alınıb. Bu, 2015-ci il ilə müqayisədə 19,21% çoxdur.
APA
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ölkə iqtisadiyyatı zəifləyib
Gürcüstanla ticarətimiz 33% azalıb
Banklar kreditləşməni 13% azaldıb
Silah satışı üzrə lider ölkələrin adları açıqlandı
"lin sonuna 5 mlrd. dollar kəsir gözlənilir"
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Azərbaycanda avtomobillər bahalaşıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti