Hacı İbrahım ölkədən qaçıb?

  • 06 yan 2017, 10:04

Mediada "Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) "Xəzər adaları” layihəsinin iflasa uğradığı və külli miqdarda borcunun olması səbəbindən Azərbaycanı tərk etdiyinə dair iddialar yer alıb. Məlumatda iş adamının həbs təhlükəsinin yarandığı və bu üzdən də Avropadan siyasi sığınacaq almaq üzrə olduğu bildirilir.Modern.Az-a açıqlama verən Hacı İbrahim Nehrəmli hazırda Azərbaycanda olduğunu deyib: "İşimin başındayam. Kim nə yazır yazsın. Hər halda məni axtaran, əlaqə saxlamaq istəyən saxlayır. Daha uydurma nələrsə yazmır”.


İ.Nehrəmli borcla bağlı məsələyə toxunmaq istəməyib. O eyni zamanda deyib ki, əksəriyyət "Xəzər adaları” layihəsinin iflasa uğramasını istəyir: "Amma buna nail ola bilməyəcəklər. İnşallah işlər tam olaraq başlasın geniş məlumat verəcəyəm”.

Demokratik.Az

Oxşar xəbərlər