Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:16 - 11.12.2019  
2016-cı ildə atəşkəs 21 611 dəfə pozulub
Tarix: 31-12-2016, 11:09 | Bölmə: ---

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2016-cı ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 21 611 dəfə pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2016-cı ilin yanvar ayında 3702, fevralda 3491, martda 3746, apreldə 3597, mayda 2475, iyunda 655, iyulda 370, avqustda 467, sentyabrda 460, oktyabrda 599, noyabrda 733, dekabrda isə 1316 atəşkəs pozuntusu faktı qeydə alınıb.

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin AğdamFüzuliCəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl, Ağstafa və Naxçıvanda yerləşən mövqelərini atəşə tutub. Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizə yaxınlaşmaqla çox saylı təxribatlar törətməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası, şəxsi heyəti sıradan çıxarılıb. Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

 

Bu ilin yanvar ayında Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib. Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.

 

Aprel ayının ilk günlərində erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqəsi də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

 

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Silahlı Qüvvələrimiz tərəfindən apreldə 2000 hektardan artıq ərazi azad edilib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri - polkovnik və generalları məhv edilib. Erməni tərəfi aprelin əvvəllərində cəbhədə baş vermiş 4 günlük müharibə zamanı 100-dək itki verdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlər nəticəsində məlum olub ki, ermənilərin real ölü sayı 300-dən, yaralı sayı 500-dən çox olub.

 

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.

 

Aprel ayında erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

 

Bu il Ermənistan Silahlı Qüvvələrinə məxsus 9 pilotsuz uçuş aparatı aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib. Ermənistana məxsus daha 2 pilotsuz uçuş aparatı isə səhvən erməni bölmələri tərəfindən vurulub.

 

2016-cı ildə qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmalarında Silahlı Qüvvələrimizin də itkiləri olub.

 

Hazırda əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 

Xəbər 2846 dəfə oxunub






Oxşar xəbərlər

Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28330] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00920] calend [0.00052] topnewsend [0.00490] rsssend [0.00000] ehgend [0.02394] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24314]