Mariya Zaxarova xəstəxanaya yerləşdirilib

  • 14 dek 2016, 19:31

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünü pis hiss etdiyinə görə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

"Life.Ru" xəbər verir ki, aparılan müayinədən sonra ona ciddi xəstəlik diaqnozu qoyulub.

Mənbələrin məlumatına görə, bu, gərgin iş qrafiki ilə əlaqədar ola bilər. Hazırda Rusiya XİN sözçüsü xəstəxanadadır, ona intensiv terapiya kursu təyin edilib.

 

Demokratik.Az

 

Oxşar xəbərlər