Milyonlarla insan meydanlarda - VİDEO

  • 27 noy 2016, 11:59

Seulda 5 həftədir Cənubi Koreya prezidenti Pak Kın Xenin korrupsiya skandalına görə istefası tələbilə görülməmiş masştabda kütləvi mitinqlər həyata keçirilir. Təşkilatçılar 1 milyon yarıma qədər insanı küçələrə çıxartmağa ümid edir. Oxşar mitinqlər Koreyada yalnız 1987-ci ildə diktaturanın ləğvi tələbi ilə keçirilib.


Cari mitinqlərlə bağlı təşkilatçıların məlumatına görə, şənbə gününün ikinci yarısında Seulun mərkəzinə 800 minə yaxın etirazçı axın edib. Ölkənin daxili işlər nazirliyindən bu barədə məlumat yoxdur. Ancaq o deyilib ki, nümayişlərin təhlükəsizliyinə 25 minə yaxın polis cəlb edilib.

Gündüz etirazçıların bir hissəsi prezident sarayına doğru istiqamət alıb. Ancaq etirazçılar məhkəmənin günün qaranlıq vaxtlarında saray yaxınlarında mitinq etməyə qoyduğu qadağaya tabe olaraq axşam oranı tərk ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər