Uşaq Ərdoğanı görüb, ağladı

  • 23 okt 2016, 16:36
Suriyadakı savaşda valideynləri və 2 qardaşı öldürülən 12 yaşlı Adullah adlı suriyalı uşaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qucaqlayaraq, ona təşəkkür edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada təşkil olunan mərasimdə 161 məkanın açılışında Tükiyə prezidenti də iştirak edib.

Çıxışı zamanı Ərdoğana yaxınlaşan suriyalı uşaq onu qucaqlayaraq, minnətdarlığını bildirib. 

Daha sonra Suriya preizdenti Bəşər Əsədin əleyhinə şüarlar səsləndirən Abdullah oraya toplaşan insanların təəccübünə səbəb olub. 

Suriyalı uşaq "Məhv olsun Əsəd, Allah səndən razı olsun Ərdoğan” şüarını səsləndirib.
Oxşar xəbərlər