Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:40 - 22.09.2018  
Ordumuzun Qarabağda irəliləməsinin qarşısı necə alındı?
Tarix: 9-05-2016, 11:39 | Bölmə: ---

Ordumuzun Qarabağda irəliləməsinin qarşısı necə alındı?

Aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş 4 günlük müharibənin uğurunun qarşısı necə alındı? Bu sualın eynisi 22 il əvvəl də hər kəsin ağlını "yeyib-bitirirdi”. Söhbət uğurlu Horadiz əməliyyatından gedir.

Eynilə 2016-ci il "Aprel müharibəsi”ndə baş verdiyi kimi 1993-cü ildə də erməni silahlı bölmələrinin hücumunun qarşısını kəsən Azərbaycan Milli Ordusu əks-hücuma keçir və qısa müddətdə Füzuli rayonun böyük hissəsini azad edir.

"18 fevralda imzalanmış protokolda Azərbaycan ərazilərinin iyunun 1-ə kimi boşaldılmasının vacibliyi vurğulanır. Bu - əsas məsələ necə olsun?"

Dekabrdan başlayan və 1994-cü il yanvarın 6-na kimi davamı Horadiz əməlliyyatı zamanı Azərbaycan ordusunun bölmələri Xudafərin körpüsünə kimi irəliləyir və 21 min hektar ərazi Ermənistan işğalından xilas olunur.

"4 günlük müharibə”də də Azərbaycan Ordusu qarşı tərəfin hücumuna cavab olaraq əks-hücuma keçir və ermənilərə sarsıdıcı zərbələr vuraraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad edir. Lakin tarix yenidən təkrarlanır – hərbi əməliyyatlar dayandırılır.

Böyük itkilər verən Ermənistan tərəfi Horadiz əməliyyatından sonra Moskvaya yalvararaq Qarabağa sülhməramlı qoşunların yerləşdirilməsini istədi. Azərbaycanla təkbətək bacara bilməyəcəyini başa düşən Ermənistan Rusiyanın məsələyə qarışmasını xahiş etdi. Və atəşkəs barədə danışıqlara başlanıldı. Ermənistan Qarabağa Rusiya sülhməramlı qoşunlarının yerləşdirilməsi üçün əlindən gələni edirdi.

Lakin Azərbaycan tərəfinin qəti mövqeyi ermənilərin bu istəyinə çatmasına mane oldu. Sosial şəbəkədə yayılan 1994-cü ilin may ayında Moskvada Qarabağda atəşkəsin elan edilməsi barədə aparılan danışıqların tam videosunda da bunu görmək olur.

Danışıqlarda Rusiyanın müdafiə naziri Pavel Qraçov, Azərbaycanın müdafizə naziri Məmmədrəfi Məmmədov, Ermənistan tərəfindən David Şahnəzəryan və Sarkisyan, "Dağlıq Qarabağ” tərəfindən separatçı Samvel Babayan iştirak edirdi.


Ordumuzun Qarabağda irəliləməsinin qarşısı necə alındı?

 

Pavel Qraçov - Rusiyanın müdafiə naziri (1992-1996)

Videodan da görünür ki, Azərbaycanın müdafiə naziri Babayanın danışıqlarda iştirak etməsinə etiraz edir: "Burada S.Babayanın iştirak etməsinə öz təəcübümü ifadə  etmək istərdim. O kimi təmsil edir?  Onun gəldiyi bölgə, heç bir ölkə tərəfindən tanınmış, qanuni dövlət deyil. Dövlət yoxdursa, onu təmsil edən ordu da ola bilməz. Bu danışıqların səviyyəsini və onun tapşırıqlarını ciddi şəkildə zəiflədir”.

Erməistan israrla çalışır ki, Qarabağa Rusiya sülhməramlı qoşunu yerləşdirilsin, Azərbaycan birmənalı şəkildə torpaqların azad edilməsini tələb edir.

Rusiya müdafiə naziri isə məsələyə belə münasibət bildirir: "Bu gün biz atəşkəs danışıqlarının ilk mərhələsinin əsas məsələsini razılaşdırmalıyıq. Əsas məsələ - nəzarət mexanizmidir. Və gəlin razılaşaq - mən nə təklif edəcəyəmsə, onu qəbul edəcəksiniz.” Daha sonra P.Qraçyov fasilə edərək, qarşıda əyləşən Ermənistan və separatçı rejimin nümayəndələrinə narazılıq ifadə edir "və təkəbbürsüz.Sülh istəyirsizsə heç bir təkəbbür olmamalıdır.”

Sarkisyan da danışıqlar prosesində iştirak edir. O bildirir ki, guya onlar üçün əsas məsələ qoşunların uzaqlaşdırılması, müşahidəçilərin rolu və tapşırıqlarının razılaşdırılmasıdır. Ərazilərin boşaldılmasına gəldikdə - bu dövlət və hökümət başçılarının işidir.

Azərbaycanlı nümayəndənin cavabı, onu sübut edir ki,  azərbaycan torpaqlarının azad edilməsi məsələsini heç bir vaxt "başdan etmək” və ya yaxşı vaxta qədər ertələmək mümkün olmayacaq.

"Onlar  Azərbaycanın zəbt olunmuş ərazilərini boşaltmaq istəyirlərsə, o zaman qoşunları hansı məsafədə uzaqlaşdırılması məsələsinin nə mənası var? 18 fevralda imzalanmış protokolda Azərbaycan ərazilərinin iyunun 1-ə kimi boşaldılmasının vacibliyi vurğulanır.  Bu - əsas məsələ necə olsun?”


Ordumuzun Qarabağda irəliləməsinin qarşısı necə alındı?

 

Məmmədrəfi Məmmədov (sol), Sürət Hüseynov (orta), Heydər Əliyev (sağ)

Videodan hiss olunur ki, ermənilər danışıqlara rusların adamı kimi gəliblər, Rusiya Azərbaycana ordu yerləşdirmək üçün onlardan istifadə edir.

Çünki ermənilər təhlükəsizlik qarantiyası kimi Rusiya sülhməramlı qoşunlarının Qarabağa yerləşdirilməsinin tərəfdarıdır. Aradan 22 il keçməsinə baxmayaraq ermənilər hələ də bu fikirdədir. Çünki "4 günlük müharibə”dən sonra rəsmi İrəvan bəyan etdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonları bir şərtlə qaytararıq ki, təhlükəsizlik qarantiyası verilsin. Dolayısı ilə Ermənistan tərəfi sülhməramlılar barədə çağırış edir. Sirr deyil ki, Ermənistanın siyasi elitasının məqsədi də budur.

Hər dəfə Qarabağda Azərbaycan ordusu uğurlu əməliyyatlara başlayan zaman ermənilər sülhməramlılar məsələsini ortaya atır. 1994-cü il may danışıqlarında da bu məsələ gündəmdə olub. Lakin Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib. Belə ki, P.Qraçevin sülhməramlı qoşunlarla bağlı israr etsə də Məmmədrəfi Məmmədovun Bakıya gözlənilməz səfəri ilə bu baş tutmayıb.

 

Bütün bunlaraq baxmayaraq 1994-cü ilin may ayında atəkşəs barədə razılıq əldə olundu. Qısa müddətə baş tutan uğurlu Horadiz əməliyyatının qarşısı alındı və 23 il sükut çökdü. Yalnız aprel ayının əvvəllərində ordumuz düşmənə cavab verərkən yenidən irəlilədi, amma yenə də Rusiyanın canfəşanlığı nəticəsində əməliyyat dayandırıldı və danışıqlar başladı... Yenə 23 il gözləyəcəyik? Artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından rədd olmaqdan başqa şansı yoxdur.

 Demokratik.Az

Xəbər 1871 dəfə oxunub






Oxşar xəbərlər

Ebru ilə Rza Zərrab ABŞ-da görüşüb dalaşdılar
Binəli Yıldırım Bakıda məsciddə namaz qıldı, hədik payladı - VİDEO
Gəncənin təhlükəli və qaranlıq yeraltı piyada keçidləri - yeni başçıya müraciət / VİDEO
Prezident İlham Əliyevin Milli Məclisdəki çıxış MƏTNİ
İlham Əliyev Vyetnama BAŞSAĞLIĞI göndərib
Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
ADAU-nun rektoru magistr tələbələrlə görüşüb
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11191] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00796] calend [0.00043] topnewsend [0.00327] rsssend [0.00000] ehgend [0.00511] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09390]